Milli komanda

“Neftçi” və “Qarabağ” gerilədi, millimiz irəlilədi

UEFA bu gün klubların növbəti reytinq siyahısını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə,  454 komandanın yer aldığı siyahıda “Qarabağ” klubu 2 pillə geriləyərək 201-ci yerə enib. Digər klublarımızdan ən yaxşı göstərici “Neftçi”yə məxsusdur. “Ağ qaralar” da iki pillə geriləyərək 174-cü olub.

174. “Neftçi” (-2)

201. “Qarabağ” (-2)

273. “İnter” (-2)

300. “Xəzər Lənkəran” (0)

347. “Bakı” (0)

371. “Qəbələ” (0)

372. AZAL (0)

Reyntiq cədvəlinə  “Real” (Madrid) klubu başçılıq edir. “Barselona” ikinci, “Bavariya” isə üçüncü yerdədir.

Qeyd edək ki, ölkələrin reytinqində isə Azərbaycan bir pillə irəliləyərək 29-cu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43