Bu gün Azərbaycan Premyer Liqasında 21-ci turun oyunlarına yekun vurulacaq.
İdmanxeber.com-un məlumatına görə, son oyun günündə 3 qarşılaşma baş tutacaq.
Turun mərkəzi görüşü "Bakcell Arena"da keçiriləcək. Burada "Neftçi" əzəli rəqibi "Xəzər Lənkəran"ı sınağa çəkəcək.
Bundan başqa "Bakı" "Sumqayıt"ı, AZAL "Qarabağ"ı sınağa çəkəcək.
11 fevral
Azərbaycan Premyer Liqası, 21-ci tur
14:00. “Bakı” – “Sumqayıt” 0:0
Hakimlər: Ağayev Əliyar, Əmirəli Akif, Bayramov Vüqar, Xəlilov Xəlil
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu
15:00. AZAL – “Qarabağ” 0:1
Qol: Reynaldo, 57
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Yaşar Abbasov
Bakı. "AZAL-Arena".
16:00. “Neftçi” – “Xəzər Lənkəran” 2:0
Qollar: Vobay, 65, Samir Nasimov, 69
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Cavanşir Yusifov, Ömər Paşayev
8-ci km qəsəbə stadionu