03 Yanvar 2025
Ölkə futbolu

“Neftçi” və “Xəzər Lənkəran” azarkeşləri üçün şad xəbər: “Böyük oyun”larda səfər qadağası yoxdu – FAKT

Premyer Liqanın V turu çərçivəsində yeni mövsümün ilk "Böyük oyun"u baş tutacaq.

İdmanxeber.com-un xəbərinə görə, son günlər sosial şəbəkələrdə "Neftçi" və "Xəzər Lənkəran" azarkeşlərini ən çox düşündürən məsələ 2013-cü ildə bu klublar arasında baş tutan matçda baş vermiş insidentə görə verilən qərardı. Belə ki, Lənkəranda keçirilən və qalmaqalla yadda qalan oyundan sonra AFFA İntizam Komitəsi bu komandalar arasında keçiriləcək oyunlarda qonaq azarkeşlərin iştirakına qadağa qoyub.

Lakin bu qərar bu mövsüm üçün keçərli deyil. Belə ki, 2013-cü ilin aprel ayının 26-da verilən qərarda qeyd olunub ki, bu qadağa həmin mövsümə aid olunur. 

– 2013/2014 mövsümü Topaz Premyer Liqası və Azərbaycan kuboku matçlarında bu klubların öz aralarında keçirəcəyi oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulur.

Beləliklə, sentyabrın 13-də keçiriləcək "Böyük oyun"da lənkəranlı azarkeşlər də komandasına dəstək ola biləcəklər.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43