Kateqoriyasız

“Neftçi” yenə qələbə qazana bilmədi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” ikinci  yoxlama oyununa çıxıb.

Paytaxt klubu Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) ilə üz-üzə gəlib. Görüşdə qalib müəyyənlə
şməyib – 1:1. “Neftçi”nin qolunu 55-ci dəqiqədə Yusuf Laval vurub. Ancaq komanda 90-cı dəqiqədə qol buraxaraq qələbəni əldən verib.

“Neftçi” ilk görüşündə Macarıstan “Kişvarda”sı ilə heç-heçə edib – 2:2.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43