Noyabrın 2-də keçiriləcək "Neftçi" – "Xəzər Lənkəran" matçında hər iki klub bir aparıcı üzvündən məhrum olacaq.
İdmanxeber.com-un məlumatına görə, "Böyük oyun"da meydan sahibləri müdafiəçi Karlos Kardozonun xidmətindən məhrum olacaqsa, Cənub klubu isə hücumçu Junior Nildonun yoxluğuna məyus olur.
"Neftçi"nin müdafiəçisi Superkubokda, Nildo isə "Simurq"la oyunda zədələnərək sıradan çıxıb və onların bu matçda forma geyinməsi demək olar ki, mümkünsüzdü.