08 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi” yeni hücumçu transfer etdi – RƏSMİ

“Neftçi” qış transfer pəncərəsində 2-ci transferini edib.
İdmanxeber.az-ın məlumatına görə, Brayan Moreno ilə 1,5 illik müqavilə imzalanıb. 24 yaşlı kolumbiyalı forvard “ağ-qaralar”ın heyətində 88 nömrəli formanı geyinəcək.
Moreno son olaraq ÇSKA-da (Sofiya) çıxış edib. O, burada 39 oyunda 10 qol vurub.
“Neftçi” daha öncə Alfa Konteni də heyətinə qatmışdı.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43