Bu gün Azərbaycan Premyer Liqasında yaranmış fasilə başa çatır.
İdmanxeber.com-un məlumatına görə, XIX turun ilk oyun günündə “Neftçi” öz meydanında “Sumqayıt”la qarşılaşacaq. Paytaxt klubu 2016-cı ilin ilk rəsmi matçına ciddi itkilərlə çıxacaq. Belə ki, baş məşqçi Əsgər Abdullayev 3 legionerin xidmətindən məhrum olacaq.
“Ağ-qaralar”da Erik Ramos və Aylton Silva bu qarşılaşmanı cəza səbəbindən, Kaue da Silva isə zədə səbəbindən oyunda iştirak etməyəcək.
Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” matçı saat 16:30-da start götürəcək.