18 Oktyabr 2024
Ölkə futbolu

“Neftçi” yeni tərəfdaşlıq müqaviləsi imzaladı

“Neftçi” PFK GESCO ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, ölkəmizin aparıcı mühafizə xidməti şirkəti olan GESCO “Neftçi” PFK-nın 2024/25-ci illər mövsümü üçün mühafizə xidmətləri sponsoru olacaq.

Bir mövsümlük razılaşmaya əsasən, GESCO klubumuzun stadionunda və təlim-məşq bazasında təhlükəsizlik xidmətlərini təmin edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43