12 Fevral 2025
Ölkə futbolu

“Neftçi” yeni transferini açıqladı – RƏSMİ

“Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

İdmanxeber.az xəbər verir ki, braziliyalı sağ vinger Aleks Fernandes artıq “Neftçi” ailəsinin üzvüdür.

11 nömrəli formanı geyinəcək 22 yaşlı futbolçu Rusiyanın “Baltika” klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb.

Razılaşmaya görə, icarə müddəti sonradan daha 6 ay uzadıla bilər.

Aleks Braziliyanın “Atletiko Mineyro” və “Santos” klublarının U-20 komandalarında çıxış edib, 2022-ci ildə isə Bolqarıstan “Çerno More”sinə keçib. 2024-cü ilin fevralından şərəfini qoruduğu “Baltika”nın heyətində Rusiya birinci liqasında bu mövsüm meydana çıxdığı 15 oyunda 3 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43