“Neftçi” yeni transferi Canluka Sansoneni Peşəkar Futbol Liqasında sifariş verib.
İdmanxeber.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, italiyalı hücumçunun adı Bakı təmsilçisinin iştirak ərizəsində yer alıb. Beləliklə, baş məşqçi Roberto Bardin şans verəcəyi təqdirdə, o, Topaz Premyer Liqanın 16-cı turunda keçiriləəck “Keşlə” ilə matçda iştirak edəcək.
“Neftçi” – “Keşlə” oyunu fevralın 10-u saat 14:00-da başlayacaq.