Ölkə futbolu

“Neftçi” yeni vitse- prezidentini təqdim etdi

Bu gün “Neftçi” PFK-nın klubdaxili iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, klub prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə keçirilmiş iclasda

vitse- prezident vəzifəsinə təyin olunmuş Elnur Məmmədov komanda üzvlərinə və inzibati heyətə təqdim edilib. Təqdimat zamanı “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqov yeni vitse-prezidentin təyinatı ilə bağlı fikirlərini bildirib:

“Bir müddət idi ki, “Neftçi”də vitse-prezident vəzifəsi boş idi. Bu vəzifəyə gənc və bacarıqlı bir insanı dəvət etdik. Elnur Məmmədov futbol sahəsində fəaliyyət göstərmiş və idarəçilik qabiliyyəti olan gənc mütəxəssisdir. Onunla “Neftçi”nin “Bakcell Arena”da keçirilmiş oyunlarında da həmsöhbət olmuşuq və Elnur Məmmədovun futbol sahəsindəki fəaliyyətinə bələdik. “Neftçi” Azərbaycan futbolunun ən köklü klubudur. Bu komanda hər zaman ən yüksək yerlər və ən ali mükafatlar uğrunda mübarizə aparır. Məqsədimiz bu uğurların davamını gətirmək və daha böyük nailiyyətlərə imza atmaqdır. İnanıram ki, Elnur Məmmədov futbol sahəsindəki bacarığı ilə bizə bu işdə kömək edəcək. Ona gələcək işlərində uğurlar arzulayırıq və əminik ki, onun təyinatı klubumuz üçün faydalı olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43