Premyer Liqa

“Neftçi” “Zirə”ni razı saldı – 21-ci turun oyun cədvəli

Azərbaycan Premyer Liqasında 21-ci turun oyun cədvəli məlum olub.

İdmanxeber.əz xəbər verir ki, görüşlər 2-3 aprel tarixlərində keçiriləcək.

02 aprel (şənbə)

16:00. “Qarabağ” – “Səbail”
“Azersun Arena”

18:15. “Sumqayıt” – “Sabah”
“Kapital Bank Arena”

03 aprel (bazar)

15:00. “Qəbələ” – “Keşlə”
Qəbələ şəhər stadionu

17:15. “Neftçi” – “Zirə”
“Bakcell Arena”

Qeyd edək ki, “Bakcell Arena”da planlaşdırılan renovasiya işlərini əsas gətirən “Neftçi” PFL-dən “Zirə”yə qarşı keçirəcəyi 3-cü və 4-cü dövrə oyunlarının yerinin dəyişdirilməsini xahiş edib. Stadionda aparılacaq işləri, “Neftçi”nin müraciətini və “Zirə”nin razılıq məktubunu rəhbər tutan PFL “Neftçi” və “Zirə” komandaları arasında keçiriləcək 3-cü və 4-cü dövrə oyunlarının yerini dəyişib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43