Kateqoriyasız

“Neftçi” “Zİrə” ilə heç-heçə etdi – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında IX tura start verilib.

İlk oyun günündə bir matç keçirilib. “Neftçi” “Zirə”ni qəbul edib. Saat 16:00-da başlayan matçda hesab açılmayıb – 0:0.

Bu günə nəzərdə tutulan “Sumqayıt” – “Qəbələ” matçı bölgə  komandanın heyətində koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün təxirə salınıb.

Turun qalan oyunları növbəti iki gün ərzində keçiriləcək.

Azərbaycan Premyer Liqası
XI tur

28 noyabr (şənbə)

16:00. “Neftçi” – “Zirə” – 0:0
“Bakcell Arena”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Rəvan Həmzəzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43