Ölkə futbolu Premyer Liqa

“Neftçi”də vacib oyun öncəsi ciddi itkilər

“Neftçi” Misli Premyer Liqasının 35-ci turunda səfərdə “Səbail”lə qarşılaşacaq.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar” oyuna ciddi itkilərlə çıxacaq.

Bərpa prosesi keçən Emil Balayevlə yanaşı müalicəsini davam etdirən Emin Mahmudov, eləcə də cəzalı Yuri Matias və Andre Şinyaşiki bu matçı buraxmalı olacaqlar.

Qeyd edək ki, mayın 18-i keçiriləcək “Səbail” – “Neftçi” qarşılaşması saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43