27 Sentyabr 2022
Kateqoriyasız

“Neftçi”də yeni şöbə yaradıldı

“Neftçi” klubunda seleksiya şöbəsi yaradılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Rəhbərliyin qərarına əsasən, bu şöbə əsas komanda ilə yanaşı, aşağı yaş qrupları üçün də istedadlı futbolçuların tapılıb üzə çıxarılması, eləcə də komandaların formalaşdırılmasını daha effektli şəkildə həyata keçirməkdən ötrü işlər görəcək. Seleksiya şöbəsində veteran futbolçular – İqor Getman və Vadar Nuriyev yer alıblar.

Getmanla Nuriyev keçən ilin noyabrınadək “Neftçi”nin əsas komandasında köməkçi məşqçi vəzifəsini yerinə yetiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Daha bir futbolçu “Qarabağ”dan gedir

admin

“Bakı mənim təhlükəsizliyimə zəmanət verə bilməz” – “Kayrat”ın erməni futbolçusu

admin

Peru millisinin üzvü “Zirə”də – rəsmi

admin