08 Avqust 2022
Kateqoriyasız

“Neftçi”dən növbəti transfer həmləsi – yenə legioner

İsrailin “Aşdod” klubunda çıxış edən Fares Abu Akel “Neftçi”nin maraq dairəsinə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu 25 yaşlı yarımmüdafiəçinin xidmətlərində maraqlıdı.

Yaxın günlərdə “Neftçi”nin Fares Abu Akellə müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Fares Abu Akel 2019-cu ildən “Aşdod”da çıxış edir. “Neftçi” daha əvvəl israilli yarımmüdafiəçi Ataa Caberi, ABŞ vətəndaşı olan İsrail əsilli yarımmüdafiəçi Kenni Sayefi və qanalı hücumçu Qodsvey Donyonu heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

SON DƏQİQƏ: Azərbaycan Premyer Liqasının yeni sponsoru bəlli oldu

admin

Mahir Emreli “Top-50″də

admin

“Sabah” iki futbolçunu göndərdi

admin