Ölkə futbolu

“Neftçi”də 3 itki – “Sumqayıt” oyunu öncəsi

“Neftçi” “Sumqayıt”la matça 3 itki ilə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun baş həkimi Şaiq Zöhrablı məlumat verib. O bildirib ki, yeni sağalan Rəhman Hacıyevin sağ baldır əzələsində dartılma əmələ gəlib.

Digər zədəli oyunçular Eddi İsrafilov və Fərid Yusifli fiziki hazırlıq üzrə məşqçinin rəhbərliyi altında fərdi məşqlərini davam etdirirlər.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43