Topaz Premyer Liqasının 21-ci turunda “Qəbələ” ilə qarşılaşacaq “Neftçi” bu görüşə ciddi itki ilə çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar”ın aparıcı üzvü Baqli Dabo sabiq klubu ilə oyunda paytaxt komandasına kömək edə bilməyəcək. Buna səbəb Dabonun cəzalı olmasıdı. Təcrübəli forvard “Sumqayıt”la oyunda sarı vərəqə laraq cəzalı duruma düşüb.
Qeyd edək ki, martın 15-də keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu saat 19:00-da başlayacaq.