Ölkə futbolu

“Neftçi”də hamının gözlədiyi imza – 2 illik yeni müqavilə

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Neftçi” aparıcı futbolçularından biri Kilan Lebonla anlaşıb.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi ilə bir müddətdi davam edən danışıqlar müsbət yekunlaşıb.

Paytaxt klubu Lebonla yeni müqavilə imzalayıb. Futbolçu daha 2 il “Neftçi”nin uğurları üçün çalışacaq.

Qeyd edək ki, Lebon 2022-cil ildən “Neftçi”nin formasını geyinir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43