29 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi”də Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi

“Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.

İdmanxeber.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müşahidə Şurasının sədri Hafiz Zeynalov, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43