Ölkə futbolu

“Neftçi”də son durum: biri hazırlaşır, digəri isə…

“Neftçi” “Qəbələ” ilə oyuna itkilərlə hazırlaşır.

İdmanxeber.az-a klubdan verilən məlumata görə, komandanın zədəli futbolçularından Rəhman Hacıyevin müalicəsi davam edir. Oyunçunun hazırda məşqlərdə iştirak etmədiyi bildirilir.

Digər zədəli oyunçu Eddi İsrafilov isə hazırlığını fərdi olaraq davam etdirir. Komandadan ayrı məşqlərinə davam edən futbolçunun gələn həftə heyətlə birgə hazırlıqlara başlaması gözlənilir.

“Qəbələ” – “Neftçi” görüşü fevralın 10-da keçiriləcək.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43