27 Sentyabr 2024
Ölkə futbolu Premyer Liqa

“Neftçi”də son durum: bu iki legioner xaric…

Misli Premyer Liqasının 8-ci turu çərçivəsində öz meydanında “Sumqayıt”la qarşılaşacaq “Neftçi” bu görüşə 2 itki ilə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar”da Alfa Konte və Brayan Moreno zədəli olduğundan “Sumqayıt”la matçı buraxmalı olacaqlar. Yalnız bu iki futbolçu xaric komanda tam tərkibdə oyuna hazırlaşır.

Qeyd edək ki, sentyabrın 28-də keçiriləcək “Neftçi” – “Sumqayıt” oyunu saat 19:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43