Kateqoriyasız

“Neftçi”də yeni müqavilə

“Neftçi” Peşəkar Futbol Klubu ilə “Buta Qlobal Enerji Tekstil” arasında əməkdaşlıq müqaviləsi davam etdiriləcək.

İdmanxeber.az xəbər verir ki, bu barədə “Neftçi”nin mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, “Buta Qlobal Enerji Tekstil” yenə də “Neftçi” PFK-nın əsas komandasının geyim tərəfdaşı olacaq.

Qeyd edək ki, “Buta Qlobal Enerji Tekstil” 2012-ci ildə İstanbulda yaradılıb. Tekstil və enerji sahəsində məhsul istehsalı ilə məşğul olan şirkət yarandığı gündən Azərbaycanda da fəaliyyət göstərir. Hazırda bir çox dövlət qurumlarının rəsmi geyimlərini təşkil edən şirkət telekommunikasiya sahəsində bir çox dövlət layihələrinin təchizatçısıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43