“Neftçi” növbəti transferini reallaşdırıb.
İdmanxeber.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, paytaxt klubu braziliyalı müdafiəçi Tallisonu heyətinə qatıb.
“Quarani”dən gələn oyunçu paytaxt klubunda 91 nömrəli formanı geyinəcək.
Tallison buna qədər 2018/19 mövsümündə Avropada legioner həyatı yaşayıb, Belçika “Sent-Truyden”inin şərəfini geyinib.
Qeyd edək ki, “Neftçi” yay fasiləsində Tallisondan öncə Cabir Əmirli, Yusuf Laval, Sabir Buqrin və Rener Alves de Souzanı transfer edib.