Kateqoriyasız

“Neftçi”dən “Forza Neftçi”yə xüsusi diqqət – Şəkil

Topaz Premyer Liqasının XVI turuna start verilib.

İdmanxeber.az-ın məlumatına görə, “Neftçi”nin azad azarkeş qrupu olan “Forza Neftçi” dünən 10 yaşını qeyd edib. Bu gün isə klub “Neftçi” -” Keşlə” matçından öncə sadiq azarkeşlərinin yubiley yaşını təbrik edib.  Belə ki, oyundan öncə komandanın kapitanı Ruslan Abışov azarkeşi qrupunun rəhbəri olan Subhan Əliyevlə xatirə şəkili çəkdirərək, ona forma hədiyyə edib.

Qey edək ki, “Neftçi” – “Keşlə” matçı saat 14:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43