“Neftçi” futbolçusu Mark Tamaşla yolları ayırmaq niyyətindədi. Bir müddətdi bu barədə mətbuatda xəbərlər dolaşır.
Artıq oyunçu ilə qarşılıqlı razılığın əldə olunduğu da iddia edilir.
Məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı ilə əlaqə saxladıq.
O, İdmanxeber.az saytına bunları dedi:
“Tamaşla yolların ayrılması istiqamətində danışıqlar davam edir. Razılıq əldə olunsa, futbolçuyla vidalaşacağıq”.