20 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi”dən rəsmi açıqlama

Misli Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” matçından sonra dörd nəfər azarkeş məğlubiyyətə etiraz etmək məqsədilə “Neftçi” PFK-nın İnzibati binasının ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozub.
İdmanxeber.az-ın məlumatına görə, baş verən hadisə ilə bağlı “Neftçi” PFK heç bir şikayəti olmadığını açıqlayıb.
Hüquq mühafizə orqanları qanunvericiliyin tələblərinə əsasən həmin şəxsləri məsuliyyətə cəlb etmişdir.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43