Kateqoriyasız

“Neftçi”dən rekord, “Sumqayıt”dan ilk

Premyer Liqanın qızıl medallarını qazanan “Neftçi” iki rekorda imza atıb.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, Bakı klubu 9-cu dəfə çempion olub, 19-cu dəfə mükafatçılar sırasında düşüb.

Gümüş medal qazanan “Qarabağ” 15-ci dəfə “üçlük”də yer alıb. “Sumqayıt” tarixində ilk dəfə bürünc mükafata yiyələnməklə Azərbaycan çempionatları tarixində medal qazanan 18-ci komanda olub.

Çempionluq sayında rekordçu olan “Neftçi”dən başqa, “Qarabağ” 8, “Kəpəz” 3, “Şəmkir”, “Bakı” və “İnter” (indiki “Keşlə”) hərəyə 2, “Turan”la “Xəzər Lənkəran” hərəyə 1 dəfə zirvəyə sahib olub.

1992-ci ildən keçirilən, 2001/02 mövsümü yarımçıq qalan və 2002/03 mövsümü təşkil olunmayan yarışda “İnter” 9, “Kəpəz” 6, “Şəmkir”, “Bakı”, “Qəbələ” 5, “Xəzər Lənkəran”, “Turan” 4, “Xəzri, “Xəzər” (Sumqayıt), “Karvan” 2, “Olimpik”, “Zirə”, “Simurq”, “Viləş”, “Səbail” və “Sumqayıt” 1 dəfə mükafat qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43