“Neftçi” bir futbolçusu ilə yollarını ayırıb.
İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu Cavid İmamverdiyevi Türkiyə birinci liqa komandalarından olan “Elazığspor”a verib.
Cavid bu gecə Türkiyəyə yollanıb. Müqavilə ilə “ağ-qaralar”a məxsus futbolçu qarşıdakı bir ili türk klubunda çıxış edəcək.
Qeyd edək ki, 24 yaşlı futbolçu son zamanlar “Neftçi”nin əsas heyətinə düşməkdə çətinlik çəkirdi.