Premyer Liqanın son turunda “Qarabağ”a uduzan (3:1) “Neftçi”də aləm qarışıb. Oyun zamanı cərimə zərbəsini yerinə yetirmək üçün mübahisə edən Mahir Şükürovla Bruno Bertucci arasında mübahisə düşmüşdü. Məğlub tərəfdə gərginlik isə qarşılaşmadan sonra paltardəyişmə otağında pik həddə çatıb. Burada yenidən mübahisə edən tərəflər ardınca əlbəyaxa davaya keçiblər. Bir-birlərini vuran, təhqir edən futbolçuları komanda yoldaşları və klub rəsmiləri sakitləşdirib.
stadium.az