“Neftçi”nin 16 yaşılardan ibarət komandasının inzibatçısı Abbas Sultanov klubdan uzaqlaşdırılıb.
İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Sultanovun uzaqlaşdırılmasına səbəb isə rəhbər şəxslərin birinin qohumunu bu vəzifəyə gətirməsi olub. Boş qalan posta sabiq polis işçisi gətirilib. Maraqlıdır, futbolla yaxından-uzaqdan əlaqəsi olmayan kəsin bu vəzifəyə gətirilməsi bu qədərmi vacib idi?
DYP (Dövlət Yol Polis) işçisinin klubun inzibatçısı təyin olunması isə hələ ki, mətbuatdan gizlədilir.