Az öncə xəbər verdiyimiz kimi müqavilə ilə “Neftçi”yə məxsus olan Slavik Alxasov “Xəzər Lənkəran”dan ayrılaraq paytaxt klubuna geri qaytarılıb.
İdmanxeber.com-un məlumatına görə, Alxasov “Neftçi”də oynamaq niyyətində deyil. Hər halda futbolçu açıqlamasında “Neftçi”də çıxış etmək istəmıdiyini bildirib.
Bəs maraqlıdır, görəsən XL rəhbərliyi futbolunu geri qaytarmaq haqqında fikirləşirmi?
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com-a açıqlamasında məsələylə bağlı bunları deyib:
“Alxasovun istəməsi ilə deyil. Məşqçilər korpusu onu heyətdə görmək istəməyib. Lakin bu haqda tam olaraq nəisə dmeək olmaz. Çünki qərar bugün (red.dünən) verilib. Ona görə, indi nəisə demək düz çıxmaz. Yaxın bir-iki gündə hər şey bəlli olacaq”.