22 Oktyabr 2024
Ölkə futbolu

“Neftçi”də Platyenin oynamasına kim və nə mane olurdu?: “…çətin idi”

İsveçin “Kalmar” klubuna icarəyə verilən “Neftçi”nin sabiq hücumçusu Melvin Platye paytaxt klubu haqda düşüncələrini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, hollandiyalı forvard İsveç mətbuatına açıqlamasında bunları söyləyib:

“Mənə “Neftçi”də oynamaq çətin idi. Orada tamamilə başqa mentalitet hökm sürür. Özümü yeni komandam “Kalmar”da yaxşı tərəfdən göstərmək istəyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43