“Neftçi” Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində qarşılaşacağı “Rəvan”la oyuna hazırlığı davam etdirir.
Korner.az-ın məlumatına görə, komandada paytaxt derbisi öncəsi zədəli futbolçu yoxdur.
Amma “ağ-qaralar”ın bir futbolçusu “Rəvan”la görüşü buraxmalı olacaq. Bu, gənc futbolçu Kamal Qurbanovdur. O, sarı vərəqə limitini doldurduğuna görə cəzalı duruma düşüb.