“Neftçi” “Çixura” ilə oyunda daha bir futbolçusunun ximətindən məhrum ola bilər.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, “ağ-qaralar”ın qapıçısı Saşa Stamenkoviç zədəlidi. Məsələ burasındadır ki, serbiyalı qapıçı Sloveniyadakı matça iynə gücünə çıxıb. Zədəli halda oynayan Saşanın gürcülərlə oyuna kimi tam hazır olub-olmayacağı sual altındadı.
Qeyd edək ki, “Neftçi” – “Çixura” matçı iyulun 31-də keçiriləcək.