Bir müddətdir ki, zədə səbbindən “Neftçi”yə kömək edə bilməyən Flavinyo artıq zədəsini sağaldıb.
İdmanxeber.com-un məlumatına görə, 6 aydan çoxdu paytaxt klubundan ayrı düşən braziliyalı futbolçu məşqlərə başlayıb.
Bundan əlavə Məqsəd İsayev də zədəsini sağaldıb. Hər iki futbolçu Premyer Liqanın 35-ci turu çərçivəsində “Bakı” ilə oyunda iştirak edə biləcəklər.
Arif Əsədov zədədən yenicə qayıdan futbolçuları tam olaraq kubokun finalına saxlamağı düşünür.