Avropa Liqasında mübarizə aparacaq “Neftçi” viddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, braziliyalı müdafiəçi Denis Silva “Çixura” ilə keçirilən yoldaşlıq görüşündə zədələnib. İlkin müayinədən sonra onun ən azı 3-4 həftə məşq edə bilməyəcəyi dəqiqləşib. Çünki, onun sol ayaq sümüyündə çat açkarlanıb. Bu səbəbdən braziliyalı “Neftçi”nin Avropa Liqası 2-ci təsnifat mərhələsində keçiriləcək oyunlarında komanya kömək edə bilməyəcək.