“Neftçi” PFK-ya fiziki hazırlıq üzrə yeni məşqçi təyin olunub.
İdmanxeber.com-un məlumatına görə, bu, rumıniyalı mütəxəssis George Karmel Barbuleskudur. 45 yaşlı məşqçi buna qədər Rumıniyada “Rapid”, “Astra” və “Vasluy” kimi klublarda çalışıb. Karmel Barbulesku “Neftçi” PFK-nın bu gün keçiriləcək məşqində komanda üzvlərinə təqdim olunacaq.