21 Fevral 2024
Kateqoriyasız

“Neftçi”dən Arazın avtoşluğu ilə bağlı açıqlama – VİDEO

Dünən “Neftçi”nin futbolçusu Araz Abdullayevin maşını ilə avtoxuliqanlıq edən zaman polis tərəfindən saxlanılması ilə bağlı məlumat dərc etmişdik. 

“Neftçi” klubu da bu mövzü ilə bağlı narahatçılığını dilə gətirib. Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə “Qafqazinfo”ya verdiyi açıqlamada bu hadisə ilə bağlı bəzilərinin “Neftçi” klubunu günahkar bildiyini vurğulayıb: “ Araz Abdullayevin maşınının cərimə meydançasına salınması mövzusu yenə gündəmi zəbt edib. Əvvəla nəzərinizə çatıdırım ki, gündə onlarla maşın cərimə meydançasına aparılır. Araz Abdullayevin avtoxuliqanlıq etdiyi iddiası da var. Bizdə olan məlumata görə Arazın maşını qadağan olunmuş siqnala görə cərimə meydançasıina aparılıb. Arazın qayda pozuntusuna görə bəziləri Neftçi PFK-nı günahlandırır. Maraqlıdır, Araz Abdullayev qaydanı pozub, Neftçi nə etsin? Biz Araz Abdullayevin bazanın divaraları və yaşıl meydançadakı hərəkətlərinə görə cavabdehlik daşıyırıq. Birdə video yayılıb, guya Araz Abdullayev avtoxuliqanlıq edir. Bəli, maşın həmin maşındır. Amma, sürən Araz deyil. Bu görünütülər 3-4 il əvvələ aiddir. O zaman bu avtomobil Araza məxsus olmayıb. Bu hərəkəti edəni Araz kimi təqdim etmək nəyə xidmət edir?



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43