İdman

“Neftçi”dən ayrılan futbolçu: “Ruslan Abışova ateistəm dedim, məni danışdırmadı”

Qış fasiləsində “Neftçi”dən ayrılan Pavel Dreksa Çexiya mətbuatına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycandakı günlərindən, Bakıda yaşadığı müddətdə olanlar haqda danışıb: “Zdenek Folprext Bakıdan getdi və tək çexiyalı kimi orda mən idim. Ailəmlə söhbətləşirdim, başqa kimsəm qalmamışdı. Mən “Neftçi”yə keçəndə vəziyyət bir o qədər yaxşı deyildi. Əvvəllər əsas heyətə düşə bilirdim. Sonra klubda baş verən dəyişiklərdən sonra, komanda toparlandı. Yeni baş məşqçi özü ilə yeni futbolçular gətirdi. Nə etmək olardı? Buna görə də qayıtdım. Amma mənim üçün yaxşı il oldu”.

Dreksa “ağ qaralar”ın kapitanı olan Ruslan Abışovla arasında yaşanan maraqlı hadisəyə də toxunub: “Çexiyada müsəlmanların elə də çox olmadığını bilirik. Zdenek getdi və mən kapitanımız Ruslan Abışovla bir otaqda qalırdım. Ruslana dedim ki, ateistem həmin gecə məni dindirmədi. Halbuki, o qatı müsəlmandı və hər gecə Allaha dua edir.  Tək o yox, bir çoxları məni başa düşmürdü. Məni daha çox onların həyat tərzi maraqlandırır. Təbii ki, Avropada baş verənlər haqda danışırdıq. Onlar məni inandırdılar ki, İslamın adından istifadə edib, pis əməllər törədənlər din adı altında gizlənənlərdi. Şadam ki, Azərbaycana getdim və müsəlmanların mədəniyyəti, həyat tərzi ilə tanış oldum”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43