“Neftçi”dən ayrılan Kaue da Silvanın yeni klubu bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, yarımmüdafiəçi karyerasını İsraildə davam etdirəcək. O, bu ölkənin “Hapoel” klubuna transfer olunub.
26 yaşlı braziliyalı futbolçunun Təl-Əviv təmsilçisi ilə hansı müddətə müqavilə imzaladığı açıqlanmayıb.
Qeyd edək ki, 2014-cü ildən bu ilin yanvar ayına qədər “Neftçi”də oynayan Kaue da Silva keçirdiyi 43 oyunda 1 qol vurub.