Ölkə futbolu

“Neftçi”dən gedənmi var?: Tahir Süleymanov ayrılıq siqnalı verdi

"Klub prezidenti Sadıq Sadıqov hər zaman yerli məşqçilərə güvənib. Ona görə də "Neftçi"də Tərlan Əhmədova şans verdi".

Bu sözləri İdmanxeber.com-a açıqlamasında "Neftçinin vitse-prezidenti Tahir Süleymanov deyib.

"Ağ-qaralar"ın rəsmisi "Xəzər Lənkəran"la oyunda qazanılan 1 xal (0:0) və "Bakı" ilə oyundakı darmadağından (0:3) sonra hər hansı baş məşqçi axtarışına çıxmadıqlarını, ancaq uğursuzluq olacağı halda yeni məşqçinin gətiriləcəyini istisna etmədiyini bildirib:

"Təbii ki, son iki oyunda cəmi 1 xal qazanmaq yaxşı hal deyil. Ancaq hal-hazırda turnir cədvəlinə baxdıqda uduzmayan komanda yoxdu. Çempionatın səviyyəsi getdikcə daha da yüksəlir. Ardıcıl 3 mövsüm çempion olan "Neftçi"də hədəf yenə çempionluqdu. Qarşıdakı turlarda uğursuzluq olacağı halda bunu məşqçi dərk edəcək və belə nəticələrə görə kimsə klubda qalmaz. Yenə deyirəm, bugünkü gün üçün biz "Neftçi"nin məşqçilər korpusuna güvənirik. Heç bir məşqçi ilə danışıqlar aparılmır. Bu işlə Sadıq Sadıqov birbaşa özü məşğul olur".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43