“Neftçi” klubunun maraq dairəsində olan braziliyalı futbolçu Kaue Sesilyo da Silva tam tibbi müayinədən keçib.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, müayinədən uğurla keçən braziliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, 25 yaşlı Kaue Sesilyo da Silva peşəkar futbolçu karyerasına vətəni Braziliyada başlayıb. Yarımmüdafiəçi 2010-2012-ci illərdə Portuqaliya çempionatında çıxış edib. Kaue son iki mövsümdə Rumıniyanın “Vasluy” klubunun şərəfini qoruyub.