Antalyada təlim-məşq toplantısını davam etdirən “Neftçi”də hər şey qaydasında gedir.
Klubun mətbuat xidmətindən idmanxeber.com-a verilən məlumata görə, düşərgədə hər hansı bir zədəli futbolçu yoxdu. Sadəcə 21 yaşılardan ibarət milli komandanın düşərgəsinə yollanan İlham Allahverdiyev, Tərlan Quliyev və Samir Məsimov komandayla birgə məşq edə bilmirlər.