Ölkə futbolu

“Neftçi”dən transfer xəbəri: Paytaxt klubu Rusiyadan oyunçu aldı

“Neftçi” klubu ilk transferini reallaşdırıb.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, paytaxt klubu Moskva “Lokomotiv”inin futbolçusu Samir Məsimovu heyətinə qatıb. Onunla 3 illik müqavilə imzalanacağı gözlənilir

Məlumat üçün deyək ki, o, gənclərdən ibarət komandasının formasını geyinirdi. U-19 yığmamızın üzvü bir neçə gündü “Neftçi”nin düşərgəsindədi və bu gün Albaniyanın “Partizani” klubu ilə keçirilən oyunda meydana çıxıb. Məsimov 75-ci dəqiqədə komandanın ikinci qoluna imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43