Ölkə futbolu

“Neftçi”dən “Xəzər Lənkəran”a cavab: “Onda gərək mən də Böyükağa Hacıyevin babasını yada salım…”​

“Xəzər Lənkəran” – “Neftçi” oyununa maraq böyükdü. Sözsüz ki, çətin olacaq. “Xəzər Lənkəran” yaralı “aslan”dı. “Xəzər Lənkəran” bu oyun üçün dönüş nöqtəsidi. Bəlkə də bu oyun rəqibə görə Çempionlar liqasının pley-offu səviyyəsində bir oyundu. Amma, bizim üçün adi bir oyundu. Qısacası AZAL, “Rəvan”la oyunlarımızdan heç bir fərqo yoxdu”.

Bu sözləri İdmanxeber.com saytına “Neftçi” klubunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə deyib.

Paytaxt klubunun rəsmisi Hüseyn Cəbrayıoğlunun saytımızda gedən “Rednikin gözəl bir sözü var: “Neftçi”ni nənəm də udar”, ifadəsinə qarşılıq, bunları deyib:

“Bu oyun onlar üçün tamam və ya davam matçıdı. O ki, qaldı Rednikin “nənəm də udar” ifadəsinə, onda gərək mən də Böyükağa Hacıyevin babasını yada salım…”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43