Kateqoriyasız

“Neftçi”in ÇL-dəki rəqibi bilinir – bu 4 komandadan biri olacaq

Sabah UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

İdmanxeber.az-ın məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edəcək “Neftçi” də rəqibini tanıyacaq. Paytaxt klubunun potensial rəqibləri 4-ə enib. Bunlar “Ludoqorets”  (Bolqarıstan), “Şerif” (Moldova), “Dinamo” (Tbilisi, Gürcüstan) və “Kayrat”dı (Qazaxıstan).

Püşatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. İyunun 16-da isə “Neftçi”nin II təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olacaq. I raundun ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43