Müqaviləsi başa çatmamış “Neftçi”nin məşqçi postundan istefaya göndərilən Mehmet Ak paytaxt klubundan təzminat tələb edi, məbləğ ödənilmədiyi üçün FİFA-ya üz tutmuşdu.
İdmanxeber.com-un məlumatına görə, ali qurum tərəfindən 42 min avro cəzaya məruz qalan “Neftçi” artıq bu məbləği ödəyib.
Bu barədə saytımıza türkiyəli mütəxəssis məlumat verib. Mehmet bəy bildirib ki, ona çatacaq pul ödənilib. Məsələnin onun üçün qapandığını bildirən Mehmet Ak, “Neftçi”ylə heç bir problemi qalmadığını bildirib.