Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İdmanxeber.com-un məlumatına görə, iclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşlərində baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib. Qəbul olunan qərarları sizə olduğu kimi təqdim edirik:
XXII Azərbaycan kubokunun 1/4 final mərhələsinin “İnter” – “Neftçi” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 38-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
“Rəvan” – “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Araz Naxçıvan” – “Xəzər Lənkəran” matçının 73-cü dəqiqəsində “Araz Naxçıvan” klubunun inzibatçısı Yunis Məhərrəmov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
Oyunun 90+3-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 4 №-li futbolçusu Alvaro Silva əl ilə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.