Premyer Liqanın VII turunda "Neftçi" ilə "Bakcell Arena"da qolsuz bərabərliyə qalan (0:0) "Sumqayıt"ın futbolçuları son çempiondan qopardığı bir xalın mükafatını klub rəhbərliyindən alıb.
İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, "Neftçi" ilə oyunda heç-heçəyə nail olan "Sumqayıt"ın futbolçularına rəhbərlik 500 manat pul mükafatı verib.
Ehtiyat oyunçular skamyasında əyləşən futbolçular isə əsas heyət üzvlərindən fərqli bu məbləğin 50%-ni, yəni 250 manat pula sahib olublar.